"Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində keçmiş Sovet İttifaqının xəritələrindən istifadə olunacaq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Ermənistan” fraksiyasının deputatı Armenui Kyureqyan konkret hansı ilin xəritələrindən söhbət getdiyini soruşub. Paşinyan isə hüquqi əsası olan xəritələrin nəzərdə tutulduğunu söyləyib.
"Araşdırmalarımız göstərir ki, müxtəlif illərdəki xəritələr sadəcə bir-birinin təkrar çapıdır və biz hansı xəritənin hüquqi əsası olduğunu başa düşməliyik”, - baş nazir əlavə edib. (unikal.org)
Şərhlər