Səudiyyə Ərəbistanı 3 din xadimini edam etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Middle East Eye" saytı məlumat yayıb. Edam Ramazan bayramından sonra həyata keçiriləcək. Həmin din xadimləri 2017-ci ildə həbs edilən Salman Əl Avde, Hatib Avad Əl Karni və dini TV proqram aparıcısı Əli Əl Öməridir. "Twitter"də 13,4 milyon izləyiciyə sahib sünni alim Salman Əl Avde mülayim İslam tərəfdarı kimi ad çıxarıb. Alimə qarşı terror təşkilatına liderlik, rəsmi Riyadın Qətərə tətbiq etdiyi sanksiyaya qarşı çıxmaq, Müsəlman Qardaşları Təşkilatı ilə əməkdaşlıq, hökumətin uğurlarına istehza, Qətər Kral ailəsi ilə yaxınlıq və s. kimi 37 ittiham irəli sürülüb.
Din xadimlərinin mülayim İslam mövqeləri, həmçinin bəzi məsələlərdə müxalif mövqelərinə görə həbs edildikləri bildirilir.
Gülşən
Şərhlər