Foto 17:48 28.03.2021

Səudiyyə Ərəbistanından olan Şərqin gözəlləri (SİYAHI/FOTO)

Şərq şahzadələri, Şərqin gözəlləri - Səudiyyə Ərəbistanı Krallığından olan xanımlar tez-tez belə adlandırılır.

Onların həyatı kənar gözlərdən gizlədilir: ərəb ənənələrinə görə qadınları ata və ana, evləndikdən sonra isə ər görə bilər.

Ənənəvi geyim abayadır (uzun ənənəvi ərəb qadın paltarı), o bütün bədəni və üzü gizlədir, yalnız gözlər açıq qalır.

Səudiyyə Ərəbistanından olan ən gözəl qızları təqdim edirik. Onların arasında aktrisalar, televiziya aparıcıları və kral sülaləsinin nümayəndəsi də var.

Dina Şihabi

Səudiyyə Ərəbistanından olan aktrisa ABŞ-da yaşayır və işləyir. 18 yaşı olanda atası ABŞ-a getməsinə icazə verib, orada aktrisa karyerası ilə məşğul olmağa başlayıb. Dina Yaxın Şərqdən olan ilk qadındır ki, Culyard Universiteti və Nyu-York Universitetində aktyorluq kurslarına qəbul edilib.

Lojan Omran

Səudiyyəli jurnalist, ərəb dilində "Sabahınız xeyir” verilişinə çıxdıqdan sonra populyarlaşıb. Hazırda Bəhreyndə televiziya kanalında şou verilişin aparıcısıdır. Lojanın "Instagram” səhifəsi nin 9 milyondan çox abunəçisi var.

Asil Omran

Lojanın kiçik bacısıdır, aktrisa və müğənnidir. Televiziya proqramlarına çəkilib və bir neçə albom buraxıb. 2008-ci ildə ərə gedəndən sonra əri ilə birlikdə "O və o” realiti-şousunda iştirak edib. Asil musiqi ilə məşğuliyyətini davam etdirir və video kliplər buraxır. 

Vaed (Hanan Baker Youins)

Vaed müğənninin səhnə təxəllüsüdür, "Vəd  vermə”  mənasındadır. O, böyük aktyor ailəsindəndir, karyerasına uşaqlıqdan başlayıb, Səudiyyə Ərəbistanında "Naməlum şəxslə görüş” filminə çəkilib. Sonralar müxtəlif ərəb ləhcələrində bir sıra mahnı oxuyub.

Rim Abdulla

Aktrisa Birləşmiş Ərəb Əmirliklərində "Tash ma Tash” serialının 14-cü mövsümündə çəkilişdən sonra tanınıb. Ovaxtdan bəri Səudiyyə Ərəbistanın sputnik televiziyasında yayımlanan təxminən 30 serialda çəkilib. Aktrisa 2019-cu ildə Səudiyyə Ərəbistanında "Tam ay gələndə” teleserialında baş rolda oynayıb. 

Nadin Əl Budeyr

Bəzilərinin fikrincə, Nadin güclü, gözəl və uğurlu bir qadının canlı nümunəsidir. Tanınmış səudiyyəli jurnalist və teleaparıcı ölkənin telekanallarından birində çalışır. Onun reportajları bəzən mübahisəyə səbəb olur, Nadin özü qadın hüquqları uğrunda fəalllardan biridir. 

Suha Novalayti

Teleaparıcı 2014-cü ildən Səudiyyə Ərəbistanındakı MBC Group sussette kanalında işləyir. Suha insan resurslarının idarə olunması üzrə bakalavr dərəcəsinə malikdir və bu sahə üzrə bir neçə layihə üzərində işləyib. O, bir neçə layihəni maliyyələşdirməklə investisiya fəaliyyəti ilə də məşğuldur. 

Nərmin Mohsən 

2012-ci ildə Körfəz ölkələri üçün yayımlanan bir komediya şousundakı iştirakı ilə məşhurlaşan möhtəşəm səudiyyəli aktrisadır. Nərminin kino karyerası isə tez başlayıb – o, 2010-cu ildə Səudiyyə Ərəbistanında çəkilən teleseriallardan birində mənfi  xarakter  oynayıb. Aktrisa indi də kinoya çəkilir. 

Şahzadə Amira əl-Tavil

Bu cazibədar qadın ilk dəfə evlənəndə şahzadə olub. Əl-Valid bin Talala Fondunun vitse-prezidentidir və Abş-dakı Nyu0Heyven Universitetində işin idarəedilməsi dərəcəsinə malikdir. Bundan əlavə, şahzadə dəyərli  bir əməllə də məşğuldur - bir gənclik mərkəzinin qurucusu və bir xeyriyyə fondunun rəhbəridir.

Mənbə: Lent.az