Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl-Səuda qarşı uğursuz sui-qəsd cəhdi olub.
"Qaynarinfo" Report-a istinadan xəbər verir ki, bu barədə "Fars" agentliyi Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrinə istinadən xəbər verib.
Bildirilir ki, şahzadə Məhəmməd hadisə zamanı zərər çəkməyib. Amma sui-qəsd etmiş şəxs saxlanılıb.
Agentliyin qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səudun beş ay ərzində taxtı oğluna verəcəyi gözlənilir. Salman iki ay müddətinə Mərakeşə məzuniyyətə aya getmək niyyətindədir. Bu zaman onun vəzifələrini varisi - şahzadə icra edəcək.
Qaynarinfo.Az
Şərhlər