Xəbər lenti

Səudiyyə limanı yaxınlığında İran neft tankeri partladı: Terror ehtimalı
Dünya 10:33 11.10.2019

Səudiyyə limanı yaxınlığında İran neft tankeri partladı: Terror ehtimalı

Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında bir tankerdə partlayış baş verib. Gəminin İranın milli neft şirkətinə aid olduğu bilinir.

Qaynarinfo xəbər verir ki, hadisənin səbəbləri hələlik məlum olmasa da, terror ehtimalı istisna edilmir. Yerli mətbuatın verdiyi məlumata görə, partlayışdan sonra dənizə neft sızması baş verib.

İRNA agentliyi ekipaj üzvlərinin hamısının təhlükəsizlikdə olduqlarını açıqlayıb. Xəsarət alan olmayıb. Vəziyyət nəzarət altındadır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->