Oktyabrın 2dən itkin düşən və Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürüldüyü deyilən jurnalist Camal Qaşıqçı ilə bağlı rəsmi Riyad yeni açıqlama verib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyindən ölkənin rəsmi xəbər agentliyi olan SPA-ya verilən açıqlamada ABŞ prezidenti Donald Trampın açıqlamasına münasibət bildirilib.
"Səudiyyə Ərəbitsanının hər hansı bir sanksiyaya artıqlaması ilə cavab verəcəyini söyləmək istəyirik. Ölkəmizin iqtisadiyyatı dünya iqtisadiyyatı üçün həyati və təsiredici mövqeyə sahibdir. Səudiyyə Ərəbistanı bütün təhdidləri rədd edir və iqtisadi sanksiya, siyasi təzyiq və ya əsassız ittihamlara boyun əyməyəcəyini açıqlayır" deyə SPA-ya verilən açıqlamada qed edilir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın CBS kanalındakı "60 minutes" proqramına verdiyi müsahibənin tam şəkildə bu gecə Bakı vaxtı ilə saat 04.00-da yayımlanacaq. Müsahibənin kiçik hissəsi dünən yayımlanmış və Tramp "Qaşıqının İstanbulda öldürülməsi təsdiqlənsə, Səudiyyə Ərəbistanına ağır cəza veriləcək" demişdi.
Şərhlər