Rusiyanın "Sevastapol" gəmisi sanksiyalar çərçivəsində deyil, kommersiya mübahisəsi zəminində saxlanılıb.
Qaynarinfo Ria-Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Sinqapurdakı səfirliyinin mətbuat katibi Sergey Novoseltsev deyib. O, məsələnin siyasətlə heç bir əlaqəsinin olmadığını ifadə edib.
"Sinqapurda şirkətin təmir edə bilmədiyi bir gəmiyə görə borcu yaranıb. Gəmi sahibi agentə pul vermədiyindən nəqliyyat vasitəsinə həbs qoyulub. Məhkəmə dekabrın 17-də keçiriləcək. Ümumilikdə vəziyyət sabitdir. Səfirliyin konsulluq şöbəsi vəziyyəti yaxından izləyir və dənizçilərə hər cür köməklik göstərir", - deyə sözçü bildirib.
Qeyd edək ki, "Sevastapol" gəmisi 2018-ci ilin avqustunda ABŞ-ın sanksiya siyahısına salınıb. Vaşinqton gəmini Şimali Koreyaya qanunsuz neft tədarük etməkdə ittiham edir, şirkət isə bu iddiaları rədd edir.
Camal
Şərhlər