Gülər Əhmədovanın bu gün keçirilən məhkəmə prosesində şahid qismində çıxış edən Vidadi Qədirov maraqlı açıqlamalar verib.
Qaynar.info Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Sevinc Babayevanı çoxdan tanıdığını deyib: “1998-ci ildən 2004-cü ilə kimi Sevinc Babayeva ilə aramızda qadın-kişi münasibətləri olub. Sonradan dost kimi ayrılmışıq. Onunla tez-tez zəngləşirdik.
Videolar yayıldıqdan sonra mən ona zəng etdim. Telefonu oğlu Ayxan götürdü və Sevincin Türkiyədə olduğunu bildirdi.
Sonra Sevinc özü mənə zəng etdi və kömək istədi. Deyirdi ki, məni buradan çıxart, qorxuram. Mən isə ona bildirdim ki, qorxma gəl Azərbaycana, uzaqbaşı ifadəni alacaqlar.
Türkiyədə olduğu müddətdə demək olar ki hər gün mənə zəng edirdi və halının pis olduğunu deyirdi. Sevinc deyirdi ki, Gülər Əhmədova ona deyib ki, otur orada, hər şey yaxşı olacaq.
Onun ölümündən sonra mən belə nəticəyə gəldim ki, Sevincin pasportu yoxdur.
Mən Sevinc Babayevaya bir qadın kimi yardım edirdim. Ev tutmuşdum, onun pulunu verirdim. Məndən ayırılandan sonra isə Sevincin maddi durumu sürətlə yaxşılaşdı. Deyirdi ki, Elşad Abdullayev sağ olsun, mənə çox kömək edir”.
Qaynar.info
Şərhlər