Xəbər lenti

Səyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi (VİDEO)
Video 10:33 25.01.2019

Səyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi (VİDEO)

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun qalmağa evi yoxdur. 

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məşhur aktyorun övladı Çingiz "Bizimləsən” proqramında qonaq olarkən deyib. 

O, hostellərdə gecələdiyini qeyd edib. Aparıcı Zaur Baxşəliyev isə hostel sakinlərinin Çingizdən şikayətçi olduğunu, onunla bir yerdə qalmaq istəmədiklərini bildirib. 

Proqramda məlumat verilib ki, Çingiz Aslan qaraciyər serrozundan əziyyət çəkir və ötən gün müvəqqəti olaraq sığınacağa yerləşdirilib. 

Məlumat üçün bildirək ki, Azərbaycanın görkəmli sənətkarı Səyavuş Aslan 2013-cü ildə dünyasını dəyişəndən sonra onun şəhərin mərkəzindəki (Tarqovu yaxınlığında) bahalı evi məhz bu oğluna qalıb.  

Onun ikinci oğlu Eldar isə uzun müddətdir ki, Moskvada yaşayır. Hazırda sığınacağa yerləşdirildiyi və "Səyavuş Aslan kimi bir aktyorun oğlunun qalmağa yeri yoxdur” kimi təqdim olunan Çingiz Aslan məhz atasının evini sataraq pis vərdişlərə xərcləyib. Ona görə də həmin pis vərdişlərin nəticəsi olaraq qaraciyər serrozundan əziyyət çəkir və sığınmağa yeri yoxdur... 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->