Tanımış yazıçı Seymur Baycan cəmiyyətə müraciət edib.
Qaynar.info xəbər verir ki, yazıçı müraciətində bunları deyib:"Hörmətli bəylər və xanımlar, qarşıdan bizi yeni dərs ilinin açılışı gözləyir. Gəlin, bu yeni dərs ilinin açlışını bir az böyük mənada qəbul edək. Təməldən başlamaq lazımdı. Qoy bu yeni dərs ilinin açılışı yaşından, peşəsindən aslı olmayaraq, hər bir kəs üçün yeni dərs ilinin açlılışı kimi qəbul edilsin. Özümüz-özümüzü birinci sinifə göndərək. Səhvlərimizə bir nəzər salaq. Vaxtımızın qədrini bilək. Oxuyaq, öyrənək, sual verək.
"Bilmirəm", "Oxumamışam", "Eşitməmişəm", "Baxmamışam",- sözünü dilə gətirməkdən utanmayaq. Qoy, bu yeni dərs ilinin açlışında hər bir imkanlı insan bir şagirdin, bir tələbənin dərs ləvazimatlarının, geyminin xərcini boynuna götürsüz. Fildən yox, qarışqadan başlayaq. Ümid edirəm ki, bu xitab anlayışla qarşılanacaq", - deyə tanımış yazıçı qeyd edib.
Elkin Xəlilov
Qaynar.info
Şərhlər