Səyyad Əlizadənin bacısı Prezidentdən kömək istədi (VİDEO)

Səyyad Əlizadənin bacısı Prezidentdən kömək istədi (VİDEO)

Koronavirusa yoluxan tanınmış müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident və 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.

Qaynarinfo Azxeber.com-a istinadla xəbər verir ki, o müğənninin müalicəsinin nəzarətə götürülməsi üçün dövlət başçısı və birinci xanımdan yardım istəyib. 

Müğənninin bacısı deyib: "Bütün Azərbaycanın ümid yeri olan sevimli prezidentimiz və hər kəsə kömək edən Mehriban xanım Əliyevadan kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər Səyyadı da qaytarsınlar. Ümid yerim sizsiniz, bizə kömək edin".

Qeyd edək ki, koronavirusa yoluxan müğənninin vəziyyəti ağırlaşıb. 

Həmin videomüraciəti təqdim edirik:
XƏBƏRLƏR
BLOGLAR
X