Xəbər lenti

Sezen Aksu ermənicə oxuyacaq
Sənət 12:19 23.05.2014

Sezen Aksu ermənicə oxuyacaq


 “Qardaş türkülər”in Avropa turniri çərçivəsində 7 şəhərdə verəcəyi konsertdə Sezen Aksu və Ara Dinkyan qonaq sənətçi olaraq səhnəyə çıxacaq.

Axar.az xəbər verir ki, qurulduğu gündən bu günə qədər xalqların qardaşlığı devizi altında işlərini davam etdirən “Qardaş türkülər” Anadolu, Balkan yarımadası və Mesopotamiyanın zəngin mədəniyyətindən mahnılar səsləndirən qrupun budəfəki konsertində Sezen Aksu xüsusi repertuarıyla sevənlərilə görüşəcək.

Münhen, Baçum, Rotterdam, Ştutqart, Hamburq və Berlində olacaq konsertlərdə Sezen Aksu qardaş türkülərlə yanaşı Anadolu, Mesopotamiya və Trakya bölgəsindən seçdiyi mahnıları da səsləndirəcək. O, türkcədən əlavə kürdcə, ermənicə və Qaradənizlə Trakya bölgəsindən seçdiyi mahnıları ələvi (şiə) ağızları ilə oxuyacaq. Bundan əlavə müğənni ud ustası və bəstəkar Ara Dinkyanın bəstələdiyi “Ağladıqca”, “Sarışınım”, “Vaz keçdim” kimi mahnılarını da oxuyacaq. Ara Dinkyan özü də turnir boyu səhnəyə çıxacaq.

Avropanın 7 şəhərinin ən böyük salonlarında keçiriləcək konsertlər mayın 28-dən başlayıb iyunun 15-dək davam edəcək.

“Qardaş türkülər səhnəsində Sezen Aksu və Ara Dinkyan” konsertləri iyul və avqust aylarında türkiyəli dinləyicilərin də görüşünə gələcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->