Azərbaycanın “İstiqlal”, “Şöhrət”, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri tamamilə dəyişdirilir.Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” və “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılır.
Layihələrə əsasən, ordenlərin bütün təsvirlərində və ölçülərində dəyişikliklər edilir, eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir.
Layihə bu ay Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Qaynar.info
Şərhlər