Ölkə 09:38 21.01.2022

Şimal bölgəsində temperatur mənfi 20 dərəcəyədək endi

Şimal bölgəsində mənfi 20 dərəcə temperatur qeydə alınıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Qubanın Qrız kəndində qarın hündürlüyü 19 sm, havanın temperauru isə mənfi 20 dərəcə olub.
 
Rayonun Xaltan kəndində qarın hündürlüyü 15 sm, havanın temperaturu isə mənfi 12,6 dərəcəyədək enib.
 
Qubanın rayon mərkəzində də 20 sm qar, mənfi 5,6 dərəcə şaxta qeydə alınıb.

Xızının Altıağac qəsəbəsində 16 sm qar, havanın temperaturu mənfi 9,6, Qusarda 4 sm qar, temperatur mənfi 8,8, Şabranda isə 3 sm qar, havanın temperaturu mənfi 1,7 dərəcə olub.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?