Dünya 10:25 24.07.2019

Şimali Koreya Rusiyanın balıqçı gəmisini saxladı

Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb.

Qaynarinfo xəbər verir ki, "Şimal-Şərq" balıqçılıq şirkətinə məxsus "Syanhaylin-8" gəmisində 17 nəfər ekipaj üzvü var. Onlardan 15-i Rusiya, digərləri Cənubi Koreya vətəndaşıdır. Həmin şəxslər Yapon dənizinə xərçəng tutmaq üçün gediblər.

Rəsmilər balıqçıların azad edilməsi üçün danışıqlar aparır.

Gülşən