Xəbər lenti

Şimali Koreyanın nüvə sınağı güclü zəlzələyə səbəb oldu (FOTOLAR)
Dünya 10:38 03.09.2017

Şimali Koreyanın nüvə sınağı güclü zəlzələyə səbəb oldu (FOTOLAR)

Şimali Koreya yeni hidrogen bombasını təqdim edəndən sonra növbəti sınağını həyata keçirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya əvvəlcə yeni nüvə silahını dünyaya təqdim edib. Qitələrarası ballistik raket xüsusiyyətlərinə sahib olan raketin təqdimatından saatlar sonra ölkə 6-cı dəfə nüvə sınağını həyata keçirib. Qərb mətbuatı bildirir ki, sınaq nəticəsində yaranan partlayış digərlərindən 10 dəfə güclü olub və zəlzələyə səbəb olub. ABŞ geoloji araşdırma mərkəzi 6,3 ballıq zəlzələnin baş verdiyini açıqlayıb. Çin isə 4,6 ballıq 2-ci zəlzələnin olması barədə məlumat yayıb. 

Yaxın saatlarda Şimali Koreyanın bu barədə açıqlama verməsi gözlənilir. 

Sınaqdan sonra ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe telefonla danışıb və Şimali Koreyaya qarşı əməkdaşlığın davam etdiriləcəyini deyiblər. 

Qeyd edək ki, Şimali Koreya son aylarda raket sınaqlarını dəfələrlə artırıb və istifadə edilən silahların təhlükəsi getdikcə daha da artır.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->