Xəbər lenti

Dünya 11:20 15.07.2020

Şimali Makedoniyada növbədənkənar parlament seçkiləri keçirilir

Şimali Makedoniyada xalq növbədənkənar parlament seçkilərində səs vermək üçün sandıq başına gedib.

Qaynarinfo xəbər verir ki, ölkə üzrə 1 milyon 814 min 263 seçici 3390 seçki məntəqəsində səs verəcək.

Ölkədə 120 yerlik parlament üzvlərinin müəyyənləşəcəyi seçkidə səsvermə yerli vaxtla 21.00-da başa çatacaq.

Seçkidə 15 siyasi ittifaq və partiyadan 1500-dən çox namizəd iştirak edir.
 
Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?