Video 18:42 27.01.2020

Simpsonların 1993-cü ildə yayımlanan seriyasında "koronavirus" izi (VİDEO)

1989-cu ildən yayımlanmağa başlayan cizgi film serialı "The Simpsons"un 1993-cü ildə yayımlandığı iddia edilən seriyasında koronavirusa dair hissələr olduğu ortaya çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı minlərlə tvit paylaşılıb. Sözügedən seriyada Simpsons ailəsinə Çindən karqo paketi gəlir və paketin açılması ilə ABŞ-a bir epidemiya yayılır.

Qeyd edək ki, sözügedən cizgi serialı gələcəkdə baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə məşhurdur. Bundan əvvəl Simpsonlarda 11 sentyabr teraktı, Donald Trampın ABŞ prezidenti seçilməsi kimi qlobal hadisələrə dair izlər tapılmışdı.

"The Simpsons" dünyanın ən uzunömürlü cizgi serialı xüsusiyyətini daşıyır.

Serialdan sözügedən hissəni təqdim edirik: