Dünya 11:51 18.02.2020

Sinqapurda 100-dən çox reys təxirə salındı

Sinqapurda yeni növ koronavirus səbəbindən 100-dən çox uçuş ləğv edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunas səbəb biletlərə tələbatın azalması olub. Buna görə, daşıyıcılar Yaponiya, Cənubi Koreya, Almaniya, ABŞ və digər ölkələrə uçuşları ləğv etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Sinqapurda yeni növ koronavirusa yoluxmaların sayı 72-yə çatıb. Ümumilikdə Çindən kənarda epidemiyaya yoluxanların sayı 794 nəfərə çatıb. Çində isə bu rəqəm 72 mindən çox insan koronavirusa yoluxub.

Camal