Dünya 15:22 19.12.2017

Türkiyədən qayıdan siyasətçi qətlə yetirildi

Liviyanın Misurata əyalətinin bələdiyyə sədri Məhəmməd Eştevi Türkiyədən səfərdən qayıdan zaman qətlə yetirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Liviyada havalimanından enən zaman qaçırılan bələdiyyə sədrinin cəsədi xəstəxana yaxınlığında tapılıb. Onun çoxsaylı güllə yarası aldığı deyilir. Eştevinin yanında qardaşı olub və o, yaralı vəziyyətdə tapılıb.

Məhəmməd Eştevi Türkiyəyə səfər etmiş, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşmüşdü. 

Qeyd edək ki, Liviyada 2011-ci ildə Muəmmər Qəddafinin öldürülməsi ilə siyasi qeyri-sabitlik hökm sürür.

Gülşən