Ölkə 15:24 19.01.2021

Siyavuş Novruzovu görəndə özündən soruşacağam ki... - Təhsil eksperti

"İş yerləri məhdud olan cəmiyyətdə tələbənin harada işləməsi özü böyük problemdir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin sabiq deputatı, təhsil eksperti Şahlar Əsgərov Milli Məclisin deputatı Siyavuş Novruzovun "Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər” fikirinə münasibətində deyib. Ekspert hazırda iş yerlərinin məhdud olduğunu bildirib:

"Ümumiyyətlə, belə bir praktika var. Avropada da belədir, tələbələr təhsil haqqını ödəyə bilməyəndə bir illik fasilə götürürlər. Hardasa işləyib, pul qazanıb təhsil haqqlarını ödəyirlər. Amma bu oturuşmuş ölkələrdədir. Biz sovetdən qorxan bir dövlətik, sonra müharibə keçmişik. Birinci Qarabağ müharibəsində faciələr yaşadıq, ikinci Qarabağ müharibəsində uğurlarımız olub, zəfər qazandıq. Üstəlik də pandemiyadır. Mən elə bilirəm ki, iş yerləri çox məhduddur”. 

Şahlar Əsgərov qeyd edib ki, istər tələbə, istərsə də ali məktəbi bitirəndən sonra tələbələrin işə düzəlməsi problem məsələdir:

"Hər bir kəsin öz fikiri var. Siyavuş Novruzov Milli Məclisin deputatıdır. Mən onu görəndə özündən soruşaram”.

Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat TV-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı təhsil haqqını ödəyə bilməyən tələbələri qıcıqlandıran cavab verib: "Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik". 

Bahar Rüstəmli