Ölkə 19:38 31.07.2020

Siyəzəndəki yanğında 2 nəfər ölüb

Xəbər verdiyimiz kimi, Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Qaynarinfo-nun məlumatına görə, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində həyatını itirən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilir.