Avstraliyanın Kvinslend əyalətində bir nəfər dənizdə üzərkən skat balığının hücumuna məruz qalıb.
"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, skat balığı ilə dənizdə üzən adam ona qarşı hərəkət edərək balığı qorxudub. Bundan əsəbiləşən heyvan gizlicə yaxınlaşaraq birdən ona hücum edib. Bu anları telefonu ilə çəkən dostunun xəbərdarlığından sonra adam sürətlə sahilə tərəf üzərək, ölümdən güclə xilas olub.
Yaxınlıqda kafe işlədən Devid Qeil adlı sahibkar buralarda skat balıqlarına tez-tez rast gəlindiyini və onlarla zarafat etməyin düzgün davranış olmadığını bildirib.
"Qaynarinfo" sözügedən hadisə ilə bağlı videogörüntünü təqdim edir:
Şərhlər