Ölkə ərazisində müşahidə olunan güclü külək səbəbindən Xəzər dənizinin Azərbaycan sektorundakı açıq səthlərdə aparılan bütün işlər dayandırılıb və məhdudlaşdırılıb.
Bu barədə "Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, bütün qəza törədə biləcək avadanlıqlar təhlükəsiz yerlərlə yerləşdirilib: "SOCAR-ın 700 nəfərə yaxın əməkdaşı platformalardan, dənizdən quruya təxliyyə edilib”.
Şərhlər