SOCAR-ın komandası İrəvanda qalib gəldi - oyun efirə verilmədi (FOTO)

SOCAR-ın komandası İrəvanda qalib gəldi - oyun efirə verilmədi (FOTO)

Ermənistan telekanalları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Ararat” (Ermənistan) – "Saburtalo” (Gürcüstan) matçını canlı yayımlamaqdan imtina edib.

Qol.az-ın xəbərinə görə, buna səbəb "Saburtalo”ya Azərbaycanın dövlət şirkəti SOCAR-ın sponsorluq etməsi olub. Ermənilər SOCAR-ın loqotipini göstərməmək üçün oyunu yayımlamayıb. 

Qeyd edək ki, İrəvanda keçirilən görüşdə "Saburtalo” 2:1 hesablı qələbə qazanıb
XƏBƏRLƏR
BLOGLAR