Ekonomiks 18:52 11.09.2019

"SOCAR Turkey"də yeni təyinat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.

"SOCAR Turkey”dən Report-a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.

Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O həmçinin Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.

Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsi ilə "Petlim”, "Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə, ümumilikdə, 14,2 milyard ABŞ dolları investisiya yatırıb.