Rusiyada təşkil olunan gözəllik müsabiqəsi bütün dünyada etirazlara səbəb olub. Qaynar.info xəbər verir ki, buna səbəb müsabiqənin bütün dünyada keçirilən bütün gözəllik yarışmalarından fərqlənməsidi.
Belə ki, yarışa qatılanların qarşısına iki şərt qoyulur: yəhudilərə nifrət etmək və gözəl olmaq. Bu müsabiqədə irqçi rus xanımları yarışacaş. Yarışın adı isə "Xanım Hitler 2014" gözəllik müsabiqəsidi.
"Xanım Hitler 2014"ə qatılmaq istəyənlərin sosial mediadan bir "selfie" və yəhudilərə nifrət etməsinin səbəbini açıqlayan yazı göndərmək kifayətdi.
"Daily Mail"in xəbərinə görə, indiyədək müsabiqəyə qatılmaq istəyən 14 qadın təşkilatçılara müraciət edib. Onlar Rusiya və Şərqi Avropa ölkələrinin vətəndaşlarıdı.
Qaynar.info
Şərhlər