Xəbər lenti

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb
Ölkə 10:15 17.12.2017

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 110-140, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edib.

Tranzit çaylardakı son vəziyyətə gəlincə, dekabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 191 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib. 2016-cı ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edib. 2016-cı ildə isə bu göstərici 83 m3/s təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, dekabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində və Bankədə 4, Salyanda 16 sm azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 380 m (2016-cı il dekabrın 15-də 457 sm), Şirvanda 265 sm, Salyanda 216 sm (2016-cı il dekabrın 15-də 325 sm), Bankədə 202 sm (2016-cı il dekabrın 15-də 259 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2016-cı il dekabrın 15-də 180 sm) təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->