Video 16:49 22.05.2020

Pakistanda 107 nəfərin öldüyü təyyarə qəzasının görüntüsü yayıldı (VİDEO/YENİLƏNİB)

Pakistanda sərnişin təyarəsini qəzaya uğradığı anın görüntüləri yayımlanıb.

Qaynarinfo xəbər verir ki, məlumata görə, 107 nəfərin olduğu təyyarədən sağ çıxan olmayıb.
 
 
***** 
Pakistan Beynəlxalq Hava Yollarına aid Airbus A-320 model sərnişin təyyarəsi qəzaya uğryaıb. 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Beynəlxalq Hava Yollarının sözçüsü Əbdül Səttar açıqlama verib. Lahor-Karaçi istiqamətində uçan təyyarənin Karaçi Hava limanı yaxınlığında qəsəbəyə düşdüyü bildirilib. Bölgəyə xilasetmə briqadaları cəlb edilib.

Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib. İlkin məlumata görə, təyyarədə 99-u sərnişin, 8-i isə ekipaj üzvü olmaqla 107 nəfər olub.

Yerli mətbuatın yazdığına görə pilot qəzadan öncə texniki nasazlıq olması barədə məlumat verib, ardınca isə radarlardan itib.

20 milyondan çox əhalisi ilə ölkənin ən böyük şəhəri olan Karaçidən gələn görüntülərdə təyyarənin düşdüyü bölgədə binaların və avtomobillərin alışdığı görünür.