Qaynarinfo xəbər verir ki, məlumata görə, 107 nəfərin olduğu təyyarədən sağ çıxan olmayıb.
*****
Pakistan Beynəlxalq Hava Yollarına aid Airbus A-320 model sərnişin təyyarəsi qəzaya uğryaıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Beynəlxalq Hava Yollarının sözçüsü Əbdül Səttar açıqlama verib. Lahor-Karaçi istiqamətində uçan təyyarənin Karaçi Hava limanı yaxınlığında qəsəbəyə düşdüyü bildirilib. Bölgəyə xilasetmə briqadaları cəlb edilib.
Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib. İlkin məlumata görə, təyyarədə 99-u sərnişin, 8-i isə ekipaj üzvü olmaqla 107 nəfər olub.
Yerli mətbuatın yazdığına görə pilot qəzadan öncə texniki nasazlıq olması barədə məlumat verib, ardınca isə radarlardan itib.
20 milyondan çox əhalisi ilə ölkənin ən böyük şəhəri olan Karaçidən gələn görüntülərdə təyyarənin düşdüyü bölgədə binaların və avtomobillərin alışdığı görünür.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər