Texnologiya 14:50 25.05.2020

Son “iPhone” modelinin qiyməti açıqlandı: təqdimat tarixi isə bilinmir

"Koronavirus" məhdudiyyətləri səbəbindən iPhone 12-nin buraxılış tarixi hələ də bilinmir, lakin oktyabr ən çox ehtimal olunan tarixdir.

Qaynarinfo xəbər verir ki, bu haqda "Tom's Guide” portalında məlumat yerləşdirilib. Xəbərdə yeni nəsil "Apple”in qiyməti və xarakteristikası haqda bilgilər yayımlanıb.

Gözlənildiyi kimi, təqdimatda OLED ekranlarla təchiz edilmiş və 5G şəbəkəsində işləmək imkanı olan, ekran diaqonalı 5,4 düym olan iPhone 12, iPhone 12 Max (6.1), iPhone 12 Pro (6.1) və iPhone 12 Pro Max (6.7) olan iPhone 12 sərgilənəcək. 

"Pro Max” modeli üçün aşağı qiymət həddi 649-749 dollar, yuxarı isə 1.4 min dollar olacaq.
 
Alpər