Ölkə 15:15 20.09.2020

Son sutkada Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1 858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.