Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng” tədbirinin 14 iyun 2021-ci il tarixində müəyyən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Məlumatda deyilir:
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilməsi;
- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;
- 11-ci sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi;
- Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s.) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Son zəng” tədbirinin keçirilməsinə nəzarət ümumi təhsil müəssisəsinin rəhbərliyinə tapşırılır.
Şərhlər