İşğal etdikləri Laçın rayonunu dekabrın 1-də Azərbaycana qaytarmalı olan erməni ordusu və əhalisi artıq rayon ərazisini tərk edib.
Qaynarinfo xəbər verir ki, bu barədə erməni politoloq Edqar Elbakyan öz feysbuk səhifəsində yazıb. O, Laçından video paylaşaraq "30 noyabr, saat 18:00. Sonuncu erməni Laçını tərk edir” sözlərini yazıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində Laçının dekabrın 1-də Azərbaycana təhvil verilməsi qeyd olunub (qafqazinfo).
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər