Ekspertlər sosial şəbəkələrdəki fırıldaqçılığın məşhur növlərini açıqlayıblar.
Bu barədə "Kasper laboratoriyası" və "Tinkoff"-un mütəxəssislərinin açıqlamalarına istinadən, RT məlumat yayıb.
Mütəxəssislərin fikrincə, ötən il 60 faiz, 2019-cu ildə isə 25 faiz fırıldaqçılıq onlayn alqı-satqı sahəsində olub.
"Bu fırıldaqçılıq həm real marketpleyslərdə, həmçinin də saxta platformalarda baş verib",-deyə ekspertlər bildirib.
Mütəxəssislər qeyd ediblər ki, digər məşhur onlayn-fırıldaqçılıq fişinqdir. Fişinq məşhur saytların və ödəniş formalarının surətinin yaradılmasıdır.
Ekspertlərin hesablamalarına görə, belə fırıldaqçılıqlar onlayn satıcı və alıcıları külli miqdarda ziyana salıb.
Mütəxəssislər qeyd ediblər ki, belə fırıldaqçılıqdan uzaq olmaq üçün şəxsi hesablara mürəkkəb şifrələr seçilməli və mütəmadi olaraq yüklənmiş tətbiqetmələri yeniləmək lazımdır.//Cebhe.info
Şərhlər