Şou əhli ayağa qalxdı: Bu xəstəxananın bağlanılması tələb olunur (VİDEO)

Şou əhli ayağa qalxdı: Bu xəstəxananın bağlanılması tələb olunur (VİDEO)

Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) Sabunçu xəstəxanasının həkim kollektivinin dəyişdirilməsini tələb edib. 

Qaynarinfo "Yeni Sabah”a istinadən xəbər verir ki, o, oğlu ölən atanın fəryadını sosial şəbəkədə paylaşaraq Sabunçu rayonu 3 № li Şəhər Klinik Xəstəxanasını, orada çalışan həkimləri sərt tənqid edib:

"Mən bu videoya axıra qədər baxa bilmədim, ağladım! Allah Sabunçu xəstəxanasının rüşvətxor, şərəfsiz, insanlıqdan bixəbər nə qədər həkimi varsa, hamısınım bəlasını versin! Biz hər şeydə deyirik prezident, amma inanın ki, prezidentimizin bunlardan xəbəri yoxdur, vallah, bəlkə də. Başda Sabunçu olmaqla bir çox yerdə həkim yox, baytarlar insanların həyatı ilə oynayırlar! Hamısını işdən çıxartmaq lazımdır.  Hamısını cavan həkimlərlə əvəzləmək lazımdır. Türkiyədə, Rusiyada təhsil almış, hətta Bakıda yaxşı oxuyan o qədər cavan həkimlərimiz var ki... Bu atanın yerinə çox pis oldum, göz yaşların yerdə qalmaz ata, oğlunun ölümündə günahkar olanlar Allahın qəzəbinə gələr tezliklə! Bəzi həkimlər şərəfini də  pula satalar səviyəsizlər!”

İzləyicilərdən biri rəylərdə tanınmış idmançı Fərhad Poladovun da həmin xəstəxanada öldüyünü xatırladıb. Tolik isə reper Hüseyn Dəryanın da həmin yerdə dünyasını dəyişdiyini bildirib.

Tolikin harayına şou nümayəndələri də səs verib. Müğənni Mina Hüseyn, Əməkdar artist Lalə Məmmədova, aparıcı Zemfira Adıgözəlova, müğənni Günel Ələkbərova (Pişik Günel) da onun dediklərini təsdiqləyib və məyusluğunu bildirib. G. Ələkbərova nənəsinin həmin xəstəxanada vəfat etdiyini yazıb:

"Allah oradakı həkimlərin bəlasını versin. Ora diri girən adam ölü çıxır. Savadsızlar, mənim nənəmi də onlar öldürdü. Mən o vaxt bu barədə paylaşım etdim, amma əhəmiyəti olmadı. Tolik, nə etsən sən edərsən. Yəqin,  Səhiyyə nazirliyi bu dəfə biganə yanaşmaz və orada həkim adı ilə insanları öldürən qatillər barəsində bir tədbir görər. Mən o xəstəxanada gördüyümü görmüşdüm, ora morqdur. O "morq”a diri girən ölü çıxır. Allah bəlalarını versin tezliklə, elə Hüseyn Dəryanı da o savadsızlar öldürdü, amma nədənsə yaxınları susdu”.

İzləyiciləri isə Tolikə dəstək verərək "morq” adlanan bu xəstəxananın ümumiyyətlə bağlanılmasını tələb ediblər. İstifadəçilərdən bəziləri yazılarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adını da işarələyərək bu barədə ciddi tədbir görülməsini istəyiblər.

XƏBƏRLƏR
BLOGLAR