Xəbər lenti

Ölkə 12:25 05.03.2014

“Sovetski” qadınları 8 martda aksiya edəcək

“Sovetski” sakinlərinin onlara verilən kompensasiya ilə bağlı narazılıqları davam edir.

Hafta.az-ın verdiyi xəbərə görə, 3 mart görüşündə hökümət rəsmiləri sakinlərə evin hər kavdratmmetrinə 1500 manatdan artıq pul verməyəcəyini bildirdi. Razılaşanların evi alınacaq, razılaşmayanlar isə öz evlərində yaşaya biləcək.

Sakinlərin Hafta.az-a verdiyi məlumata görə, hazırda buraxılan komissiyanın üzvü Tahirə xanımın rəhbərliyi altında martın 8-də aksiya keçiriləcək. Bu aksiyanın tarixi simvolik olaraq seçilib və aksiyaya yalnız qadınlar çıxacaq. Bu etirazın mitinqinin təşkilatçısı da, iştirakçıları da qadınlar olacaq. Onlar höükmətin təklif etdiyi kompensasiyaya etiraz edəcəklər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->