Şoyqu Ukrayna sərhədləri yaxınlığında hərbi manevrləri başa çatdırdı

Şoyqu Ukrayna sərhədləri yaxınlığında hərbi manevrləri başa çatdırdı

"Qəfil yoxlamaların məqsədinə tam nail olundu”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu Cənub və Qərb hərbi bölgələrində döyüş hazırlığı yoxlanışının başa çatdığını elan edərkən deyib.

Onun sözlərinə görə, Cənub Hərbi Dairəsi və Qərb Hərbi Dairəsi yoxlama zamanı ölkənin müdafiəsini təmin etmək qabiliyyətini sübut edib. Hərbi bölgələrə və Hava-desant Qüvvələrinə komandanlıq edən Baş Qərargaha 23 aprel tarixindən etibarən qüvvələrin daimi yerləşmə ərazilərinə qayıtması və hadisələrin qiymətləndirilməsi barədə əmr verilib.

Daha əvvəl xəbər verildiyi kimi, Stavropol Bölgəsindən döyüşə hazırlıq yoxlanışı çərçivəsində Su-25SM3 hücum təyyarələri Krımdakı əməliyyat aerodromlarına yerləşdirilib. Rus qoşunlarının sərhəd bölgələrində yenidən yerləşdirilməsi Kiyevdə və bir sıra Qərb ölkələrində narazılığa səbəb olub. Eyni zamanda, Moskva Rusiya ordusunun öz sərhədləri daxilində planlı fəaliyyət göstərdiyini vurğuladıb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR