Siyasət 22:22 27.07.2021

Şoyqu və Karapetyan Moskvada danışıqlar apardı

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Arşak Karapetyanla görüşüb.

Azvision.az xəbər verir ki, bu barədə "İnterfax” hərbi-diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Karapetyan iyulun 27-də səhər Moskvaya gəlib. Danışıqlar qeyri-rəsmi xarakter daşıyıb və bu səbəbdən müzakirə edilən mövzular və detallar hələ məlum deyil. Bir gün əvvəl isə onlar arasında telefon danışığı olub. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələsini müzakirə edib.

Xatırladaq ki, bu gün səhər erməni mediası Karapetyanın Moskvaya səfərə getməsi barədə məlumat yaymışdı.