Xəbər lenti

İdman 19:32 11.05.2021

"Spartak" Ayaz Quliyevlə yollarını ayırdı

Rusiyanın "Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xəbərdə Ayazla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb. Lakin paytaxt klubu hələ bu barədə rəsmi açıqlama yaymayıb.

Ayaz 2019-cu ilin yanvarından "Spartak”da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->