Ölkə 23:18 28.09.2020

Spiker ATƏT PA Prezidenti ilə Qarabağdakı vəziyyətdən danışdı

Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.