Xəbər lenti

Dünya 13:24 05.06.2020

ÜST koronavirusun ikinci dalğası üçün tarix verdi

"Koronavirusun ikinci dalğası sentyabrda başlaya və mövsümi qriplə birlikdə yayıla bilər".

Qaynarinfo xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə direktoru Hans Kluc deyib. O, vəziyyətin yaxşı olduğunu görüb, ehtiyatı əldə verməməyə çağırıb.

"Avropa ölkələrinə səslənirəm. Əgər vəziyyət yaxşıya doğru gedirsə, bu qeyd etmə zamanı deyil, hazırlıq zamanıdır. Payıza hazırlaşmalıyıq. Kovid infeksiyasının yenidən yüksəlişə keçməsi kimi bir təhdid var, əgər qarşısı alınmasa ikinci dalğa gələ və əvvəlkindən daha təsirli ola bilər".

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->