Ölkə 17:38 04.05.2021

Stasionar telefonlardan imtina ediləcəkmi? (RƏSMİ AÇIQLAMA)

"Aztelekom” MMC regionlarında əhalini etibarlı və sərfəli stasionar telefon xidməti ilə təmin edir. Stabil lokal telefon şəbəkəsi abunəçilərə şəhər və kənd daxilində limitsiz ünsiyyət qurmaq imkanı yaratdığından bu xidmətə təlabat kifayət qədər var. Ona görə də, stasionar telefon xidmətindən imtina etmək planlaşdırılmır.

Trend xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, əksinə olaraq, şəbəkə dairəsinin genişləndirilməsi istiqamətində davamlı işlər aparılır.