Xəbər lenti

Statistika Komitəsindən şübhəli rəqəmlər: Uşaq ölümləri... (EKSPERT)
Ölkə 14:26 17.02.2020

Statistika Komitəsindən şübhəli rəqəmlər: Uşaq ölümləri... (EKSPERT)

"Şəhər yerlərində 5 yaşadək uşaqlar arasında ölüm əmsalı kəndlərlə müqayisədə 2 dəfə yüksək olub”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev Statistika Komitəsinin uşaq ölümü ilə bağıı açıqlamasından danışarkən deyib. O bildirib ki, səhiyyənin keyfiyyətinin şəhərlərdə daha yüksək olduğu nəzərə alınsa, bu məlumatda nəyinsə yerində olmadığı aşkar görünür:

"2010-2018-ci illərdə 5 yaşakədək qız uşaqları arasında ölüm əmsalı 15%-dək azalsa da, eyni yaşda oğlan uşaqları üzrə ölüm əmsalının səviyyəsi həmin müddətdə demək olar ki, dəyişməyib. 2010-cu ildə bu yaş kateqoriyasından qız uşaqları üzrə ölüm əmsalı oğlanlara nisbətən 6% aşağı idisə, 2018-ci ildə bu fərq az qala 20%-ə çatıb. Amma bu statistikada çox kontrastlı bir məqam diqqəti çəkir. 2018-ci ildə şəhər yerlərində 5 yaşadək uşaqlar arasında ölüm əmsalı kəndlərlə müqayisədə 2 dəfə yüksək olub. Səhiyyənin keyfiyyətinin şəhərlərdə daha yüksək olduğu nəzərə alınsa, bu məlumatda nəyinsə yerində olmadığı aşkar görünür.

5 yaşadək uşaq ölümü əmsalının ən yüksək olduğu iqtisadi rayon Abşeron göstərilir - hər 1000 nəfərə 18.3. Ən aşağı isə Naxçıvan göstərilir - hər 1000 nəfərə 3.6. Fərqin 5 dəfə olması da sanki nələrinsə yerində olmadığını, araşdırma aparmağı tələb edir”.

Ekspert deyib ki, statistikada başqa diqqətçəkən bir məlumat uşaqların erkən ölüm əmsalı ilə bağlıdır:

"Statistikadan belə görünür ki, ölkə miqyasında ötən 8 il ərzində ilk 7 günlük uşaqlar üzrə ölüm əmsalı 10%-ə qədər azalsa da, 28 günlük uşaqlar üzrə bu əmsal 2 dəfəyədək artıb. Belə ki, həyatının ilk 28 günündə ölən uşaqların sayı hər 10 000 diri doğum üzrə 2010-cu ildə 7 nəfər təşkil edirdisə, 2018-ci ildə 13 nəfərə yüksəlib. Hər halda səhiyyə mütəxəsissləri, müvafiq səlahiyyətli qurumlarla medianın mazakirə aça biləcəyi rəqəmlərdir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->