Mart ayında vəfat edən dünya şöhrətli ingilis fizik fəaliyyəti dövründə Stiven Hokinq bir çox diqqət çəkən proqnozlar vermişdi.
Qaynarinfo Guardian-a istinadən Hokinqin 5 elmi proqnozunu təqdim edir.
Genetik dəyişiklik
Fizik ötən günlərdə dərc olunan son "Brief Answers to the Big Questions" (Böyük suallara qısa cavablar) adlı məqaləsində genetik dəyişiklik vasitəsilə yaradılacaq "super insanlar"dan söz açmışdı. Hokinq yazıda əqli, fiziki xüsusiyyətlərinə görə adi insanlardan üstün olan bu canlıların özlərindən zəiflərin məhvinə səbəb olacağı barədə narahatlığını dilə gətirib.
Süni intellekt
Fizik 2017-ci ildə "Wired" jurnalına müsahibəsində bildirmişdi ki, süni intellektin hədsiz inkişafı qorxuludur və insanları geridə qoyacaq yeni yaşayış forması yaradacaq.
Kosmik tədqiqat
Stiven Hokinq kosmik tədqiqatları, digər planetlərdə koloniya salmağı insanların sağ qalmaq üçün yeganə yolu adlandırırdı.
İqlim dəyişikliyi
İqlim dəyişikliyi, qlobal istiləşmə barədə narahatlığını dəfələrlə dilə gətirən Hokinq Yerin Veneraya, temperaturun 250 dərəcə olduğu, kükürdlü yağışların yağdığı planetə çevrilmə ehtimalından söz açmışdı.
Yadplanetlilərlə əlaqə
Stiven Hokinq "Discovery Channel"ə açıqlamasında bildirmişdi ki, insanların yadplanetlilərlə əlaqə yaratmaq cəhdi bizim üçün yaxşı olmaya bilər. Fizik fikrini əsaslandırmaq üçün Xristofer Kolumbun Amerikanı kəşfi və daha sonra qitəyə yeni gələnlərin yerli sakinlərə verdiyi zülmləri nümunə göstərirdi.
Gülşən
Şərhlər