Dünya 18:45 13.07.2020

Stiven Kinq hekayələrini ekranlaşdırma hüququnu su qiymətinə satdı

Amerika yazıçısı Stiven Kinq "Qan axrasa” ("If it bleeds” 2020) silsiləsinə daxil olan son üç hekayəsinin ekranlaşdırlması hüququnun hər birini 1 dollara satıb. Cəmi 3 dollar.

Qaynarinfo "Deadline”yə istinadla xəbər verir ki, ölən bir qonşuyla dostluqdan bəhs edən "Cənab Harriqanın telefonu" hekayəsinin ekranlaşdırılması "Netflix”də yayımlanacaq, filmin prodüseri Rayan Murfidir. "Rat" hekayəsinin ekranlaşdırma hüququnu Ben Stiller alıb, "Çakın həyatı" novellası isə Darren Aronofski tərəfindən çəkilib.

Satışa qoyulan filmlərin dördüncüsü, "Qoy qan axsın" HBO ekranlarında görünə bilər.

Qeyd edək ki, 2020-ci ilin əvvəlində Stiven Kinqin bir hekayəsinin ekranlaşdırılması hüququnu Tomskdan olan bir məktəbli qız əldə edib.

Alpər