Ölkə 20:37 22.08.2019

Subbakalavrlar ən çox bu universitetlərə qəbul olunub (RƏSMİ)

Subbakalavrlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər.

Bu barədə Qaynarinfo-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub.

Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92%-nin, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45%-nin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44%-nin subbakalavrlar olduğunu görərik.