İdman 18:31 19.12.2017

"Sumqayıt" ilk transferini gerçəkləşdirdi

"Sumqayıt" futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "Gənclər şəhəri" təmsilçisi "Keşlə"də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Abdullayev karyerası ərzində "Keşlə"dən (32 oyun, 2 qol) başqa, "Simurq" (13 oyun, 1 qol), "Xəzər Lənkəran" (114 oyun, 10 qol), "Muğan" (42 oyun, 2 qol), "Bakı" (69 oyun, 3 qol), "Olimpik" (12 oyun), "Neftçi" və "Turan"ın şərəfini qoruyub. O həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.