Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.
Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər