Xəbər lenti

Ölkə 23:32 19.10.2013

Sumqayıtda bazarı kim yandırdı? - FOTOLAR-VIDEO

Bir neçə saat bundan öncə Sumqayıtda "Karvan" ticarət mərkəzində güclü yanğın baş verib.

Qaynar.info xəbər verir ki, axşam saat 8 radələrində baş verən yanğının qarşısını hələ də almaq mümkün olmayıb. Baş verən güclü yanğın nəticəsində ticarət mərkəzinin 2 mərtəbəsi tamam yanaraq kül olub. 

Ticarət mərkəzində çalışan ticarətçilərin saytımıza verdiyi məlumata görə, yanğın nəticəsində bazardan heç nə çıxara bilməyiblər. Bəzi ticarətçilər isə mallarını hətta bu gün aldıqlarını dedilər. 

Ticarətçilərin sözlərinə görə, yanğının baş verməsinə əsas səbəblərdən biri kiminsə bu qəsdlə təşkil etməsidir. Çünki belə böyük bir yanğının adi bir şeydən olması inandırıcı görünmür.

Elkin Xəlilov

 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->